Könüllülər təbiətin mühafizəsində

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə növbəti könüllü gənclərin növbəti təmizlik aksiyası keçirilib. “Konstitusiya və Suverenlik İli” çərçivəsində təşkil edilən aksiya  Heydər Əliyev Su Anbarının sahil ərazisini əhatə edib. Ərazi tullantılardan təmizlənib, səliqə-sahman yaradılıb. Bununla da könüllülər ətraf mühitin qorunmasına olan həssaslıqlarını nümayiş etdiriblər.

Aksiya zamanı gənclər həm təmizlik işləri görüb, həm də təbiətin qoynunda istirahət edərək cəmiyyətə təbiəti qorumaqla keyfiyyətli istirahətin mümkün olduğu mesajını veriblər.